satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlak obyektinə dair  texniki sənəd hazırlanıb

2025-ci ilin yanvar–noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6929 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2485-i əmlaka dair texniki pasport, 4444-ü isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyindən NTV-yə  verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 677 torpaq sahəsi, 136 fərdi yaşayış evi, 75 mənzil, 25 qeyri-yaşayış binası, 17 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM