satellite   Azerspace-1: 11135 H 30000

“Koroğlu” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb

“Koroğlu” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Koroğlu” tankerinin tərsanə təmiri başa çatıb.

ASCO-dan NTV-yə  bildirilib ki, Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilən təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri görülüb.

Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub.

Uzunluğu 149,9, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton yükdaşıma qabiliyyətinə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM