satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 0,4 milyon barel artıb

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 0,4 milyon barel artıb

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə ərzində 0,4 milyon barel artaraq 19 dekabr 2025-ci il tarixinə 424,8 milyon barel təşkil edib.

NTV-nin  verdiyi məlumata görə, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qurumdan dəqiqləşdirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3% aşağıdır.

Bakı vaxtı ilə saat 04:40-a olan məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin mart ayı üçün tədarük ediləcək fyuçersləri 0,37% ucuzlaşaraq bir barel üçün 61,26 dollara düşüb. Eyni zamanda, "WTI" markalı neftin fevral fyuçerslərinin qiyməti 2,03% artaraq bir barel üçün 57,89 dollar təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM