satellite   Azerspace-1: 11135 H 30000

İtaliya LNG tədarükündəki fasilələrə görə Azərbaycanla danışıqlar aparır

İtaliya LNG tədarükündəki fasilələrə görə Azərbaycanla danışıqlar aparır

İtaliya Qətərdən ixracatdakı fasilələr fonunda alternativ qaz tədarükünü təmin etmək üçün ABŞ, Azərbaycan və Əlcəzair daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.

NTV "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piketto Fratin bəyan edib.

Onun sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna zərbələri ciddi nasazlıqlara səbəb olub.

"Qətərdə daha əvvəl fəaliyyəti dayandırılmış mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun da bombardmana məruz qalması faktının özü qiymətlərə dağıdıcı təsir göstərib", - nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz alışına qayıtmaq niyyətində deyil.

"Qatar Energy"nin məlumatına görə, hücumlar nəticəsində LNG üzrə ixrac gücünün təxminən 17 %-i sıradan çıxarılıb ki, bu da ildə təqribən 20 milyard dollar itkiyə gətirib çıxara və Avropa ilə Asiyaya tədarüklər üçün təhlükə yarada bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM