satellite   Azerspace-1: 11135 H 30000

Ştefan Prisner: Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək

Ştefan Prisner: Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək

Hazırda Hindistanın şəhər mərkəzlərində təxminən 500 milyon insan yaşayır.

NTV xəbər verir ki, bu barədə BMT-nin Hindistandakı rezident əlaqələndiricisi Ştefan Prisner Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusunda sessiyada çıxışı zamanı bildirib.

O deyib ki, Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək.

“Şəhərsalma məsələsi ölkənin gündəliyində ən prioritet istiqamətlərdən birini təşkil edir və bu sahədə genişmiqyaslı proqramlar həyata keçirilir. Bunlara dünyada ən böyük sosial və əlçatan mənzil təşəbbüslərindən bəziləri də daxildir. Son bir neçə il ərzində 12,5 milyon əlçatan sosial mənzil inşa olunub və əlavə olaraq daha 10 milyon mənzilin tikintisi təsdiqlənib”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM