satellite   Azerspace-1: 11135 H 30000

Neftin qiyməti 2 martdan bəri ilk dəfə 76 dollardan aşağı düşüb

Neftin qiyməti 2 martdan bəri ilk dəfə 76 dollardan aşağı düşüb

Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2 mart 2026-cı ildən bəri ilk dəfə olaraq barel üçün 76 dollardan aşağı düşüb.

NTV  xəbər verir ki, Bakı vaxtı ilə saat 07:01-ə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,48% azalaraq barel üçün 75,94 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 07:06-ya olan məlumata görə, Brent markalı neftin qiyməti enişini yavaşladıb və barel üçün 76,23 dollardan (1,1% azalma) ticarət olunub.

Bu arada, 2026-cı ilin avqust ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,07% azalaraq barel üçün 72,33 dollar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM