satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda keçirilən hərracların sayı 13,6 faiz artıb

Naxçıvanda keçirilən hərracların sayı 13,6 faiz artıb

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 32 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirmədən daxil olan 105,2 min manat muxtar respublika büdcəsinə ödənilib.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, cari ilin beş ayı ərzində muxtar respublikada 25 hərrac keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 13,6 faiz çox olub. Ötən dövr ərzində keçirilmiş hərraclardan 33,8 min manat xidmət haqqı daxil olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM