satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 26,2 faiz artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 26,2 faiz artıb

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, yanvar-may ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 357 min manata yaxın vəsait ödənilib. Ötən beş ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM