satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 93 faiz artıb

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 93 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, cari ilin yanvar-may ayları ərzində Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 5194 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM