satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daşınmaz əmlak obyektlərinə ünvan verilməsi 37,7 faiz artıb

Naxçıvanda daşınmaz əmlak obyektlərinə ünvan verilməsi 37,7 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-may ayları ərzində ümumilikdə 3583 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 1330-u daşınmaz əmlakın texniki pasportu, 2253-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, hesabat dövründə 337 torpaq sahəsi, 85 mənzil, 53 qeyri-yaşayış binası, 44 fərdi yaşayış evi və 40 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz çoxdur.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM