satellite   Azerspace-1: 11135 H 30000

Pərviz Şahbazov: "OPEC+"la bağlı tədbirin Bakıda keçirilməsi təsadüfi seçim deyil"

Pərviz Şahbazov: "OPEC+"la bağlı tədbirin Bakıda keçirilməsi təsadüfi seçim deyil"

OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Xartiyası çərçivəsində Texniki Komitənin ilk iclasının Bakıda keçirilməsi təsadüfi seçim deyil.

NTV xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.

Onun sözlərinə görə, bu qərar Azərbaycanın həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir: "Texniki Komitənin ilk iclasının məhz Bakıda keçirilməsi Azərbaycanın dünya enerji sənayesinin tarixində və müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək dəyərin ifadəsidir. Azərbaycanın "OPEC+" təşəbbüsündə uzun illərdir ki, fəal iştirakı ölkə ilə təşkilat arasında əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir".

Nazir həmçinin xatırladıb ki, OPEC-in Vyanadakı mənzil-qərargahında 1846-cı ildə Bibiheybətdə qazılmış dünyanın ilk sənaye üsullu neft quyusunun təsviri nümayiş etdirilir ki, bu da Azərbaycanın qlobal neft tarixindəki xüsusi yerinin təsdiqidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM