satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

Cari ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 15 sahibkarlıq subyekti tərəfindən idxal olunan 101 çeşiddə qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.

Dövlət Agentliyindən NTV-yə bildirilib ki, görülən tədbirlər nəticəsində 11 sahibkarlıq subyekti tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digərləri ilə bağlı işlər davam etdirilir.

Qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi istehlakçıların məhsul barədə dolğun məlumat əldə etməsini təmin edən amillərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM