Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 322 milyon 7 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Sənaye məhsulunun 284 milyon 967 min 300 manatı və ya 88,5 faizi malların, 37 milyon 40 min 600 manatı və ya 11,5 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,2 faizi emal, 15 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
