satellite   Azerspace-1: 11135 H 30000

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir. Fındıq ixracı hər il Azərbaycana böyük gəlir gətirir ki, bu da onu ölkənin mühüm ixrac məhsullarından birinə çevirir.

NTV xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyinin materialında deyilir.

Qeyd olunur ki, Azərbaycanın “Aqrarco” şirkəti Çinin idxal olunan ərzaq məhsullarının qeydiyyatı sistemində (CIFER) uğurla qeydiyyatdan keçib və Çinə fındıq ixrac etmək hüququ əldə edən ilk Azərbaycan şirkəti olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin idxal və ixraca nəzarət şöbəsinin müdiri Əkbər Əliyev bu günlərdə “Sinxua” agentliyinə müsahibəsində bildirib ki, “Aqrarco” şirkətinin Çinə ləpə halında fındıq ixrac etmək üçün lisenziya alması Azərbaycan fındığının Çin bazarına çıxışının genişləndirilməsi istiqamətində mühüm addımdır və yerli istehsalçıların ixrac potensialının artırılmasına kömək edəcək.

Məlumata görə, 2025-ci ilin sentyabrında Bakı ilə Pekin arasında Azərbaycan fındığının və badamının Çinə ixracına dair protokol imzalandıqdan sonra, bir neçə ay ərzində agentlik Çin tərəfinin müraciəti əsasında bu ölkəyə fındıq tədarük etmək istəyən Azərbaycan şirkətlərinin istehsal infrastrukturlarında yoxlama aparıb və nəticələrini təqdim edib. Nəticədə “Aqrarco” şirkəti CIFER sistemində uğurla qeydiyyatdan keçib və Çinə ləpə halında fındıq ixrac etmək üçün lisenziya alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM