satellite   Azerspace-1: 11135 H 30000

Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb - FOTOLAR

Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb<font color=red> - FOTOLAR</font> Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb<font color=red> - FOTOLAR</font> Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

NTV komitəyə istinadən xəbər verir ki, "Culfa" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "don halda bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM