satellite   Azerspace-1: 11135 H 30000

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə qeyri-neft-qaz sənayesində 14 milyard 605,9 milyon manat məhsul istehsal olunub. Bu da keçən ilin analoji dövrünə nisbətən 5,4 faiz çoxdur.

Səkkiz ayda kənd təsərrüfatı üzrə məhsul istehsalı ötən illə müqayisədə 2,6 faiz artaraq 10 milyard 57,4 milyon manat olub. Nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə məhsul istehsalı 8,7 faiz artaraq 10 milyard 931,9 milyon manat, informasiya və rabitə xidmətləri üzrə məhsul istehsalı 10,7 faiz artaraq 2 milyard 748,1 milyon manat olub.

Həmin dövrdə pərakəndə ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 44 milyard 256,1 milyon manat, əsas kapitala investisiyalar 10 faiz artaraq 12 milyard 677,8 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əsas kapitala investisiyalar isə 1,4 faiz artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:20 09.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM