satellite   Azerspace-1: 11135 H 30000

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi yenidən başlayır

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi yenidən başlayır

Sentyabrın 10-u saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən başlanılacaq.

Bu barədə NTV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, növbəyə yazılma prosesi “myGov” portalı vasitəsilə elektron formada həyata keçiriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradılarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsinin seçilməsi mümkündür.

Mövcud növbələrin müəssisələrdə boş yerlər yarandığı halda sorğuya çevrilməsi prosesi növbə yaradıldıqdan minimum beş gün sonra həyata keçiriləcək.

Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:20 09.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM