satellite   Azerspace-1: 11135 H 30000

Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir

Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir

Bu il Bakı Beynəlxalq Dəniz Limanında 8,8 milyon ton yük aşırılması hədəflənir.

NTV xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ötən il limanda 8,2 milyon tondan çox yük aşırılıb: "Bu il üçün proqnoz isə 8,8 milyon tondur. Biz bu il üçün yük aşırılmasınl genişləndirməyə çalışırıq. Konteyner daşımalarına gəlincə, ötən il biz artıq 100 min TEU-dan konteyner idarə etmişik. İndi bizim bu il üçün proqnozumuz 121 min TEU konteynerdir".

Liman rəsmisi qeyd edib ki, son geosiyasi vəziyyətdən sonra bütün treyderlər və logistika şirkətləri dayanıqlı marşrut olan Orta Dəhlizi seçirlər: "Bu marşrut boyunca yükdaşımalarında artım sürətinin nəhəng olduğunu görə bilərsiniz".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:20 09.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM