Banqladeşdə mart ayından etibarən qızılcaya 166 mindən çox ehtimal olunan yoluxma halı qeydə alınıb, infeksiya ilə bağlı ölüm hallarının sayı isə 999-a çatıb.
NTV "Reuters"ə istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 19 835 yoluxma halı laborator qaydada təsdiqlənib. Qızılca şübhəsi olan 146 mindən çox xəstə xəstəxanaya yerləşdirilib.
Bununla yanaşı, 100 nəfərin qızılcadan öldüyü təsdiqlənib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin saytındakı məlumatlara əsasən, hazırda Banqladeşdə dünyanın ən böyük qızılca epidemiyası müşahidə olunur.
