satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

NTV xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.

“Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:20 09.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM