satellite   Azerspace-1: 11135 H 30000

"Borussiya"nın futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib

"Borussiya"nın futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib.

NTV Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İspaniyanın "Vilyarreal" komandasına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunundan sonra xəstəxanaya aparılıb.

Buna 18 yaşlı oyunçunun səhhətinin pisləşməsi səbəb olub. O, sözügedən matçın ilk hissəsində özünü pis hiss edib və meydana uzanıb. Tibbi yardım göstərildikdən sonra futbolçu 27-ci dəqiqədə əvəzlənib. Onun qan dövranı ilə bağlı probemlə üzləşdiyi qeyd olunub.

Xatırladaq ki, Konstantinos Karetsas cari ilin avqustunda "Genk"dən heyətə cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:20 09.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM