Cari ilin yanvar- avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Səkkiz ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 181,9 milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,8 faiz azalıb. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 61 milyard 527,6 milyon manat təşkil etməklə
