satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

Azərbaycan paraüzgüçüləri Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti dəfə finalda mübarizə aparacaqlar.

Milli Paralimpiya Komitəsindən NTV-yə bildirilib ki, S12 kateqoriyasında çıxış edən Raman Saley 50 metr məsafəyə sərbəst üzmə üzrə təsnifat mərhələsində 24,7 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.

S10 kateqoriyasında yarışan Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üzmə üzrə birbaşa finalda iştirak edəcək.

Qeyd edək ki, R.Saley çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə dördüncü, 100 metr məsafəyə “batterflay” üsulunda isə 59.18 saniyə nəticə ilə beşinci olub.

Ə.Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmədə 2:32.99 nəticə göstərərək yarışı səkkizinci pillədə başa vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM