satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib - FOTOLAR

Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font> Dünya Bankının regional direktoru Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib<font color=red> - FOTOLAR</font>

Sentyabrın 9-da maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays və Bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri nəzərdən keçirilib, birgə icra olunan layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, eləcə də əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək, uzunmüddətli tərəfdaşlığın ölkənin sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə aparılan islahatların dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla, geniş istiqamətləri əhatə edir. Belə ki, ölkəmizin Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə, təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.

Eyni zamanda, ölkəmizin beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkən maliyyə naziri Azərbaycanın yuxarı ortagəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırdığını bildirib.

Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlığın əhəmiyyətini qeyd edərək, ölkəmizin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu deyib.

Sahil Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM