satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb

Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 617 min 360,36 ton həcmində neft məhsulları ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 466 milyon 752,15 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 %, dəyəri isə dəfə çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,14 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM