satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını sabit saxlayıb

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını sabit saxlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,2 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eyni göstəricidir.

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 10,2 % artaraq 435 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 78,6 % artaraq 386,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində 29,1 % artaraq 284,4 milyon ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM