satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda müasir yol infrastrukturunun yenilənməsi geniş vüsət alıb - VİDEO

Son illər muxtar respublikada minlərlə kilometr yol yenidən qurulub, ən ucqar kəndlərə belə rahat və təhlükəsiz gediş-gəliş təmin edilib. Hazırda Naxçıvan şəhərinin və rayonların bir sıra yollarında ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılır. Yolların yenidənqurma və təmir-bərpa işləri Naxçıvan şəhərində Mirzə Ələkbər Sabir, Azərbaycan, Təbriz küçələrində və Xətai məhəlləsində davam etdirilir. Eyni zamanda muxtar respublikanın rayonlarında da yolların bərpası və yenidən qurulması üzrə işlər aparılır.

Naxçıvan televiziyasının əməkdaşları aparılan təmir-bərpa işləri ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM