“Naxçıvanbank”ın xidmətləri genişləndirilir - YENİLƏNİB - VİDEO

Ölkənin yeganə regional bankı olan "Naxçıvanbank" regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir. Bankın Naxçıvan şəhər filialının xidmət keyfiyyəti daha da artırılıb. Hazırda Culfa rayon filialında əsaslı təmir işləri aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyni zamanda "Naxçıvanbank" ASC tərəfindən xidmət keyfiyyətinin artırılması məqsədilə yeni nəsil bankomat və ödəniş terminalları istifadəyə verilərək müştərilərin kommunal, rabitə, büdcə, təhsil haqqı və digər ödənişlərinin rahat şəkildə həyata keçirilməsi təmin olunub. Hazırda “Naxçıvanbank” ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyyədə xidmət göstərir.

Bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin mobil tətbiq və yenilənmiş "İnternet Bankçılıq" müştərilərin istifadəsinə veriləcək.

Geniş bank xidmətləri təklif edən "Naxçıvanbank" ASC sərfəli kredit məhsulları da təklif edir.

                                                      Turab Hacızadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM