satellite   Azerspace-1: 11135 H 30000

Ödəniş kartlarının sayı artıb

Ödəniş kartlarının sayı artıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabrın sonunda ötən aya nəzərən 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,1 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,7 faiz, kredit kartları üzrə 29,4 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM