satellite   Azerspace-1: 11135 H 30000

İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb - FOTOLAR

İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb<font color=red> - FOTOLAR</font> İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb<font color=red> - FOTOLAR</font> İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq  Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Tapdıq Əliyev rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib.

Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, mövcud ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM