satellite   Azerspace-1: 11135 H 30000

Qarabağın bərpa və yenidən qurulması işlərinə 6,5 milyard manat vəsait ayrılıb

Qarabağın bərpa və yenidən qurulması işlərinə 6,5 milyard manat vəsait ayrılıb

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ayrılmışdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Nazir bildirib ki, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidən qurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM