satellite   Azerspace-1: 11135 H 30000

Dubay-Maxaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına eniş edib

Dubay-Maxaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına eniş edib

“flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, “Boeing 737” təyyarəsi yerli vaxtla saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM