satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"Xidmətin mütəxəssisləri tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb", - məlumatda deyilir.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM