satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandakı obyektlərin 70 %-də yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

Naxçıvandakı obyektlərin 70 %-də yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb

Bu il yanvarın 1-nə Naxçıvan MR-də yeni nəsil nəzarət-kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70,2 % təşkil edib.

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM