satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəffaflıq: 15 milyon artım

<strong>Naxçıvanda şəffaflıq: 15 milyon artım</strong>

2023-cü ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 15 milyon 17 min manat və ya 41,7 faiz artım olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu faktlar "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında təqdim edilib.

Qeyd olunub ki, son aylar ödənilən verginin həcmində və vergi daxilolmalarında özəl sektorun payının artması xüsusi əhəmiyyət kəsb edir. Bu, vergi məbləğlərinin, vergi dərəcələrinin artırılması hesabına deyil, məhz vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, sayının artması hesabına formalaşıb.

Naxçıvanda  sahibkarlara 114 milyon 960 min 100 manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz və ya 19 milyon 53 min manat çoxdur.

Vurğulanıb ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 88 faizi ötüb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM