satellite   Azerspace-1: 11135 H 30000

Qəri Counz: “Naxçıvan və Şərqi Zəngəzur böyük enerji potensialı ilə seçilir”

Qəri Counz: “Naxçıvan və Şərqi Zəngəzur böyük enerji potensialı ilə seçilir”

Azərbaycanın xüsusilə Naxçıvan və Şərqi Zəngəzur bölgələri böyük günəş, külək, geotermal və hidroenerji potensialı ilə seçilir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu qeyd edən bp rəsmisi bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. O, Naxçıvan və Şərqi Zəngəzurun böyük enerji ilə seçildiyini, bu rəngarəngliyin xalis sıfır emissiya üçün ideal imkan yaratdığını, ölkənin etibarlı enerji tərəfdaşı kimi bp-nin bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM