satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan “OPEC+”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib

Azərbaycan “OPEC+”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub.

Energetika Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC+” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.

“OPEC+”un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək”.

“OPEC+”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM