satellite   Azerspace-1: 11135 H 30000

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin yaranmasından 1 il ötür

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin yaranmasından 1 il ötür

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci ilin iyulun 21-də Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb və bu gün Xidmətin yaranmasından 1 il ötür.

Naxçıvan televiziyası xəbər verir ki, Xidmətin əsas fəaliyyəti işğaldan azad edilmiş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, bu ərazilərdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək, abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etməkdən ibarətdir.

Həmçinin Xidmət işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ən qabaqcıl layihələrin həyata keçirilməsində gənc kadrların təcrübə proqramlarına cəlb edilməsinə dəstək məqsədilə müxtəlif tədris ocaqları ilə memorandumlar imzalanıb.

Böyük Qayıdış dövlət proqramına əsasən işğaldan azad edilmiş ərazilərə yeni həyat verilməsində ən qabaqcıl mütəxəssislərin cəlb edilməsi və ən innovativ layihələrin həyata keçirilməsi Xidmətin əsas prioritetidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM