satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının 16 dövlət qurumunun elektron informasiya resursları "AzStateNet" şəbəkəsinə köçürülüb.

Naxçıvan televiziyası bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Həmin qurumlar “AzStateNet” şəbəkəsinə qoşulmaq üçün xüsusi transmissiya avadanlıqları ilə təmin olunub.

Məlumata görə, Muxtar Respublika ərazisindən "AzStateNet" şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikanın digər bölgələrindən "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvan şəhərində və muxtar respublika ərazisində olan dövlət orqanlarının "AzStateNet" şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM