satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sosial sığorta daxilolmaları 12 % artıb

Naxçıvanda sosial sığorta daxilolmaları 12 % artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-də məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manat təşkil edib.

Naxçıvan televiziyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

7 aylıq daxilolmalarının 24,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17,9 % artaraq 2,3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,3 % artaraq 14 milyon manat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM