satellite   Azerspace-1: 11135 H 30000

Kəngərli rayonunda internet istifadəçilərinin sayı artırılıb

Kəngərli rayonunda internet istifadəçilərinin sayı artırılıb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədi ilə Kəngərli rayonunun Xok kəndində istismarda olan Avtomat Telefon Stansiyasının internet tutumu artırılıb. Bunun nəticəsində 100-dən artıq müraciət edən abonentin tələbatının ödənilməsinə şərait yaradılıb. Bunlarla yanaşı, mövcud Avtomat Telefon Stansiyasının optik arabağlantılarla Mərkəzi Avtomat Telefon Stansiyasına qoşulması təmin olunub. Bu da abonentlərin keyfiyyətli rabitə və internet xidmətlərindən yararlanmalarına şərait yaradacaqdır.

Qeyd edək ki, bu ilin müvafiq dövründə xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində Avtomat Telefon Stansiyası NGN texnologiyası əsasında yenidən qurulub. Avtomat Telefon Stansiyasında aparılan yenilənmə işləri ilə əlaqədar olaraq Nazirlik tərəfindən internetdən istifadənin müddəti ödənişsiz olaraq 10 günədək uzadılıb.

Digər bölgələrdə də abonentləri yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM