satellite   Azerspace-1: 11135 H 30000

“Oskar” 2001-ci ildən bəri ilk dəfə olaraq yeni nominasiya tətbiq edir

 “Oskar” 2001-ci ildən bəri ilk dəfə olaraq yeni nominasiya tətbiq edir

ABŞ-ın Kinematoqrafiya Sənəti və Elmi Akademiyasının İdarə Heyəti kastinq sahəsində nailiyyətlərə görə “Oskar” mükafatına yeni müsabiqə nominasiyası təsis edib. Bu mükafatın təltifinə 2026-cı ildən başlanılacaq.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, bu kateqoriya Akademiya tərəfindən 2001-ci ildən bəri ilk dəfə tətbiq olunur. Kastinq-direktorlar bölməsi 2013-cü ilin iyulunda yaradılıb və təxminən 160 üzvü var.

“Kastinq-direktorlar kinematoqrafiyada mühüm rol oynayır, Akademiya inkişaf etdikcə, biz qəbul etdiyimiz və dəyərləndirdiyimiz nominasiyalara kastinqi fəxrlə əlavə edirik. Biz bölməmizin kastinq-direktorlarını bu mühüm mərhələ münasibətilə təbrik edirik”, - deyə Akademiyanın baş direktoru Bill Kramer və prezidenti Canet Yanq bildiriblər.

Nominantların müəyyən edilməsi qaydası və səsvermə 2025-ci ilin aprelində elan olunacaq. Mükafatın təltifolunma xüsusiyyətləri Akademiyanın İdarə Heyəti və gələcəkdə onun inzibati rəhbəri tərəfindən müəyyən ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM