Wego səyahət platformasında Ağbulaq İstirahət Mərkəzi haqqında məlumat yerləşdirilib

Wego səyahət platformasında Ağbulaq İstirahət Mərkəzi haqqında məlumat yerləşdirilib

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və Azərbaycan Turizm Bürosunun birgə əməkdaşlığı ilə Naxçıvanın qış turizmi potensialının təbliğ olunması məqsədilə Wego səyahət platformasında Ağbulaq İstirahət mərkəzi haqqında məlumat yerləşdirilib.

“Winter Delights in Azerbaijan: Your Thrilling Adventures Await” başlığı altında yayımlanan məqalədə Ağbulaq İstirahət Mərkəzi də xüsusi olaraq vurğulanıb. Məqalədə qeyd olunur ki, Azərbaycanın qış istirahət mərkəzləri arasında möhtəşəm məkanlardan biri də Naxçıvan şəhərindən 50 km aralıda, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzidir. Xizək mərkəzi ilə məşhur olan kurort hər il yüzlərlə turisti cəlb edir. Xizək zonasının ümumi uzunluğu 1500 metrdir və burada xizək enişi, kanat yolu, xizək təlimi zonası, əyləncə və uşaq parkları var. Bildirilib ki, mərkəzdə həmçinin 76 nəfərlik 38 otaqlı hotel, restoran və kafe yerləşir.

Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM