satellite   Azerspace-1: 11135 H 30000

“Anora” kinolenti “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb

“Anora” kinolenti “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb

Şon Beykerin rejissoru olduğu "Anora" filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, 97-ci mükafatlandırma mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Dolby" teatrında baş tutub.

Film ümumilikdə altı nominasiyadan beşində qalib olub: Şon Beyker – ən yaxşı rejissor və orijinal ssenari müəllifi, Mayki Medison – ən yaxşı aktrisa, eləcə də ən yaxşı montaj. Yalnız ikinci plan üzrə ən yaxşı aktyor kateqoriyasında namizədliyi irəli sürülən Yuri Borisov mükafat qazana bilməyib.

Filmin süjetinə görə, rus oliqarxının oğlu bir klubda tanış olduğu striptizçi ilə evlənmək qərarına gəlir. Lakin valideynləri bununla barışmaq istəmir və "məsələni həll etmək" üçün İqor adlı bir nəfəri qızı tapıb nikahı pozmağa göndərirlər. Əvvəlcə antaqonist kimi görünən İqor əslində daha insani bir obraz kimi ortaya çıxır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM