satellite   Azerspace-1: 11135 H 30000

Bu gün təmsilçimiz "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək - FOTOLAR

Bu gün təmsilçimiz "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək<font color=red> - FOTOLAR</font>

Bu gün İsveçrənin Bazel şəhərində 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

NTV  xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnəyə çıxacaq. Qrup Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.

ilk yarımfinalda Azərbaycanla yanaşı, Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək. İctimai Televiziyada birbaşa yayımlanacaq müsabiqə yerli vaxtla saatla 23:00-da başlayır. Müsabiqənin şərhçiləri musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM