satellite   Azerspace-1: 11135 H 30000

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

NTV xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejak deyib.

O bildirib ki, orta məktəbdə oxuyarkən Ármin Bambárinin kitabları ilə böyümüşəm. Həqiqətən də sehrli, nağıllarla dolu Şərqdə yaşamışam. İndi bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən buradayam ! Xalqı, Vətəni, Azərbaycan üçün çox çalışan gözəl insanların arasında.

Gələcəyin, o cümlədən Azərbaycanın gələcəyinin iki əsas sirri var. Birincisi odur ki, ortaq uğur hissinə sahib olmaq vacibdir. Amma uğur qazanmaq üçün çox zəhmət tələb olunur. İkincisi isə, yaxş məktəblərimizin olmalıdır.

Bax, buna görə tələbələr bura gəldilər, buradan olan tələbələr isə Katımara və Lakitelekə getdilər və bu güclü bağı xəyanət və manipulyasiya ilə dağıtmaq imkansızdır.

Və sadəcə bir cümlə də əlavə etmək istəyirəm Budapeştdən 120 kilometr aralıda, Lakitelektə Nizami Gəncəvinin büstü var. Mən həmin yolun kənarı ilə gedərkən heykəlin yanında insanlar təbii güllər qoymuşdu. Öz-özümə düşündüm, görəsən bu gülləri niyə gətiriblər? Sonradan məlum oldu ki, orada çalışanlar azərbaycanlı idi.

Həmin adama dedim ki, “Əgər bunu kiməsə danışsam, inanmaz". Amma indi sizə danışıram.

Çox sağ olun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM