Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhərindəki Uşaq Musiqi Məktəblərində 2024-2025 - ci tədris ilinin yekun hesabat konsertləri keçirilib.
Konsertdə məktəblərin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.