satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 9%-ə yaxın artıb

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 9%-ə yaxın artıb

2025-ci ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8.8% artaraq 751.9 milyon ABŞ dolları təşkil edib.

NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380.5 milyon ABŞ dolları) idxalı (371.4 milyon ABŞ dolları) üstələməsi nəticəsində 9.1 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371.4 mln. dollar olub. Bunun 79.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. (məkik idxal üçün vəsaitlər istisna olmaqla)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM