satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub - FOTOLAR

Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub<font color=red> - FOTOLAR</font>

Dünyanın hər yerindən ifaçıları və yaradıcı qrupları bir araya gətirən və Şimali Avropanın ən əlamətdar mədəniyyət tədbirlərindən biri hesab edilən illik xalq musiqisi festivalı Estoniyanın mənzərəli Viljandi şəhərində keçirilib.

NTV  xəbər verir ki, Beynəlxalq Folklor Festivalında Azərbaycanın mədəniyyəti proqramı da təqdim olunub.

Proqramın əsas hissəsini Azərbaycanın Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu ansamblının çıxışı təşkil edib. Milli zərb alətlərindən istifadə edən qrup xalq musiqisi əsərlərini səsləndirib. Ansamblın proqramına ənənəvi muğam elementləri ilə müasir etnosəsin ritmik formalarının sintezinə əsaslanan əsərlər daxil edilib.

Tədbirdə, həmçinin “Buta”nın və onun incəsənət studiyasının ekspozisiyası nümayiş etdirilib.

Festivala gələn qonaqlara dekorativ-tətbiqi sənəti, milli ornamentləri, xalq geyimlərini və sənətkarlıq nümunələrini daha yaxından tanımaq imkanı yaradılıb, habelə milli mədəniyyətin müxtəlif aspektləri ilə tanış olmaq üçün ustad dərsləri də təşkil edilib.

Tədbirlərdən biri də rəssam Rövşən Nurun bədii müdaxiləsi olub. O, “Natiq ritm” qrupu ansamblının çıxışı zamanı “Natiqin musiqisi” adlı əsəri çəkərək bədii tamaşa həyata keçirib. Əsər real vaxt rejimində yaradılıb və musiqi müşayiətinin vizual interpretasiyasına yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM