satellite   Azerspace-1: 11135 H 30000

Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - FOTOLAR

Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib<font color=red> - FOTOLAR</font> Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib<font color=red> - FOTOLAR</font>

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

 

NTV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə qərar Özbəkistanının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib.

Növbəti mərhələdə nazirlik nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparacaq.

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib.

Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il müvafiq sərəncamı ilə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM